SON XƏBƏRLƏR

O biri Azərbaycan da İranındır - Rəsul Bərgi (Video)

2026.10.05, 10:53
O biri Azərbaycan da İranındır - Rəsul Bərgi (Video)

Təbriz Şəhər Şurasının üzvü, molla Rəsul Bərgi Şuranın dünənki iclasında Azərbaycan Respublikasının İran torpağı olduğu barədə iddia irəli sürüb.

Gunaz.tv

Bərginin bu çıxışı İra sosial media şəbəkəsində genş yayılb.

"Sərhəddin otayında olan bəziləri çiçəklənirlər, mənim bəzi çıxışlarımdan su-istifadə edirlər. Bilməlidirlər ki, biz İranın olan Azərbaycana inanırıq. O biri Azərbaycanda İranındır və bizdən ayrılıb, bir gün yenə İranın olacaq",- təbrizli molla deyib.

Bərgi, Azərbaycan Respublikasında hicablı qızların məktəblərə buraxılmadığı barədə iddiaları təkrar edib və onlara dəstək verdiyini, "dövlətin sözünü dinləyib hicabdan imtina etmədiklərinə görə" onlara canını da qurban verməyə hazır olduğunu bildirib, azərbaycanlı qız və qadınları yollarını davam etdirməyə çağırıb.

"İran milləti şəhadət və İmam Hüseyn millətidir. İran bayrağı Əbülfəz bayrağıdır. Bu bayrağı buraxıb başqa bayrağın altına getmərəm, İran torpağının bir ovucunu bu ölkədə ayrılıq salmaq istəyənlərin sarayları ilə dəyişmərəm",- Bərgi əlavə edib.

O, İranda yaşayan bütün azərbaycanlıları "İranın türkləri" olduğunu deyib, xaricdən olan çıxışların absurd olduğunu bildirib:

"Biz Quzey Azərbaycan, Güney Azərbaycan türkləri deyilik, biz hamımız İranın türkləriyik və İran türkləti olmağımızla fəxr edirik".

Rəsul Bərgi İranın uğrunda şəhid olmağa hazır olduğunu deyib:

"Özlərini yığışdırsınlar, mən İran bayrağının tozunu belə onların bayraqları ilə əyişmərəm".

Qeyd edək ki, Rəsul Bərgi bir müddət əvvəl "bizim ana dilimiz türkcədir fars dili deyil" məzmunlu çıxış etdikdən sonra, Azərbaycan sosial şəbəkəsi və bəzi saytlarda onu "milli din xadimi" kimi təqdim ediblər. Bərgi isə bu çıxışı ilə həmin paylaşımlara cavab verib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar