SON XƏBƏRLƏR

Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək

2026.10.05, 11:00
Ərəb koalisiyası husilərə qarşı mübarizədə Yəmən ordusuna dəstəyi davam etdirəcək

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası Yəmən ərazisinə nəzarətin bərpası məqsədilə husilərə qarşı mübarizədə Yəmən silahlı qüvvələrinə operativ dəstəyi davam etdirəcək.

Gunaz.tv

Bu barədə koalisiyanın rəsmi nümayəndəsi, general-mayor Türki əl-Maliki bildirib.

Onun sözlərinə görə, koalisiya Yəmənin silahlı qüvvələrinə tam operativ dəstək göstərməkdə davam edir və ölkənin qanuni hökumətinin və xalqının yanında dayanır.

əl-Maliki bildirib ki, husilərin Səudiyyə Ərəbistanının Məkkə və Mədinə də daxil olmaqla şəhərlərinə, eləcə də Qırmızı dənizin cənub hissəsində və Bab əl-Məndəb boğazında kommersiya gəmilərinə qəsdən və sistemli hücum cəhdləri krallığın təhlükəsizliyi və suverenliyini qorumaq üçün müvafiq tədbirlərin görülməsini tələb edir.

General onu da əlavə edib ki, Səudiyyə Ərəbistanının suverenliyini müdafiə etmək, husiləri cilovlamaq və onların fəaliyyətinə son qoymaq üçün operativ tədbirlər görmək hüququ var.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar