SON XƏBƏRLƏR

Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar

2026.10.05, 14:17
Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına nəzarəti ələ keçirdiklərini açıqlayıblar

Yəmən hökumət qüvvələri Bab əl-Məndəb boğazına və Zübab hava limanına nəzarəti ələ keçirib, Zübab ilə Moha arasındakı yolu bağlayıblar.

Gunaz.tv

Bu barədə hərbi sözçü bazar ertəsi hökumətin husilərə qarşı genişmiqyaslı əməliyyata başladığı bir vaxtda bildirib.

Polkovnik Macid əl-Nuzeyli deyib ki, “Nəhəng Briqadalar” və “Millətin Qalxanı” qüvvələri boğaz üzərində nəzarəti təmin ediblər.

Onun sözlərinə görə, Zübabda yüzlərlə husi döyüşçüsü mühasirəyə alınıb və onlara təslim olmaq çağırışı edilib. Əl-Nuzeyli bəzi husi döyüşçülərinin qayıqlarla ərazidən qaçdığını da bildirib.

 

C

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar