SON XƏBƏRLƏR

Təyyarəni ələ keçirmək cəhdinə görə İran məsuliyyət daşıyır- Tramp

2026.10.06, 13:03
Təyyarəni ələ keçirmək cəhdinə görə İran məsuliyyət daşıyır- Tramp

Məncə, “Flydubai” təyyarəsinə görə İran məsuliyyət daşıyır.

Gunaz.tv

Bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərin sualına cavabında deyib.

Jurnalistin, “Sizcə, “Flydubai” təyyarəsinə hücuma görə İran məsuliyyət daşıyırmı” sualına, Tramp “Bəli” cavabını verib.

Qeyd edək ki, sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan “Flydubai” reysində insident yaşanıb. İkinci pilot təyyarəni ələ keçirməyə çalışıb və kapitana balta ilə hücum edib. Təyyarə kapitanı isə kabinənin qapısını aça bilib və ikinci pilotu təcrid etmək mümkün olub.

Nəticədə təyyarə Səudiyyə Ərəbistanının Təbuk şəhərinə təhlükəsiz şəkildə eniş edib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar