SON XƏBƏRLƏR

Pezeshkian və Putin görüşəcək

2026.10.06, 21:32
Pezeshkian və Putin görüşəcək

Gunaz.tv

İran Prezidenti Məsud Pezeşkian oktyabrın 9-da Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının iclasında xüsusi qonaq qismində iştirak etmək üçün Türkmənistana səfər edəcək.

Sammit oktyabrın 9-da Türkmənistanın “Avaza” Milli Turizm Zonasında keçiriləcək.

İran mediasının yaydığı məlumata görə, Pezeşkian sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək.

Rusiya tərəfinin açıqlamasına əsasən, görüşdə Yaxın Şərqdəki vəziyyət və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.

2026-cı ildə MDB-yə sədrliyi Türkmənistan həyata keçirir və sammit bu ölkənin sədrliyi çərçivəsində keçirilir.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar