SON XƏBƏRLƏR

Hörmüz boğazı Amerikaya məxsusdur- Tramp

2026.10.07, 09:39
Hörmüz boğazı Amerikaya məxsusdur- Tramp

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının hazırda ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətində olduğunu bildirib.

Gunaz.tv

Bu barədə o, Baltimorda keçirdiyi mitinqdə deyib.

Ağ Ev rəhbəri vurğulayıb ki, ABŞ-ın İran neftinə ehtiyacı yoxdur, bu neftə "başqalarının" ehtiyacı var.

"Hörmüz boğazı ABŞ Hərbi Dəniz Qüvvələrinə və ABŞ-a məxsusdur. Hazırda vəziyyət belədir. Bununla belə, bizim onların neftinə ehtiyacımız yoxdur. Onların neftinə başqalarının, həm də çox ehtiyacı var. Amma biz onun ixracını təmin edirik. Həm də bunu rekord səviyyədə həyata keçiririk", - Tramp əlavə edib.

ABŞ Prezidenti Vaşinqtonun Tehranın nüvə silahına sahib olmasının qarşısının alınması məsələsini həll etdiyini də vurğulayıb. "Bu, heç vaxt baş verməyəcək, heç vaxt. Bu məsələ artıq həll olunub", - deyə o bildirib.

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar