SON XƏBƏRLƏR

İranda minlərlə tibb bacısı istefa verib

2026.10.07, 15:03
İranda minlərlə tibb bacısı istefa verib

Vəziyyətin dəyişməsi və hüquqların təmini üçün artıq etiraz aksiyaları da nəticə vermədiyinə görə minlərlə tibb bacısı çıxış yolunu istefada görərək işindən ayrılıb.

Gunaz.tv

Bunu İran Tibb İşçiləri Evinin başçısı Məhəmməd Şərifi Müqəddəm deyib.

"Tibb bacılarının əmək haqqı 25 milyon tümən (100 dollar) civarındadır və bu məvacib onların belə bir ağır işlə məşğul olmaları üçün yetərli olmadığına görə 70 min tibb bacısı istefa verib",- o bildirib.

Şərifi Müqəddəmin sözlərinə görə, hazırda işləyən tibb bacıları da əmək haqqı azlığına görə vəzifələrini məsuliyyətlə yerinə yetirməkdə tərəddüd etdiklləri üçün xəstələr əziyyət çəkir:

"Hətta bəzi hallarda xəstələrə lazimi qulluq göstərilmədiyi üçün onların həyatlarını itirməsi ilə nəticələnir".

GünAzTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar