SON XƏBƏRLƏR

Ukrayna Tramp və Putin arasındakı razılaşmanı “Kremlə hədiyyə” adlandırıb

2026.10.11, 09:20
Ukrayna Tramp və Putin arasındakı razılaşmanı “Kremlə hədiyyə” adlandırıb

Gunaz.tv

Ukrayna Prezidenti Volodimir Zelenski Donald Tramp və Vladimir Putin arasında Rusiya dizel yanacağının ixracının asanlaşdırılması ilə bağlı razılaşmanı “Kremlə hədiyyə” kimi qiymətləndirib.

Zelenski xəbərdarlıq edib ki, neft məhsullarının satışından əldə olunan gəlir Rusiyanın Ukraynaya qarşı müharibəsinin maliyyələşdirilməsinə kömək edə bilər. O, sanksiyaların yumşaldılmasının sülhə gətirib çıxarmayacağını vurğulayıb və qarşılıqlı addımlar vasitəsilə gərginliyin azaldılmasına çağırıb.

Qərar ABŞ Konqresinin bir sıra üzvlərinin də tənqidinə səbəb olub. Tənqidçilər Rusiyanın enerji gəlirlərinin artmasının Moskvaya təzyiq göstərilməsi səylərini zəiflədə biləcəyini bildirirlər.

Tramp isə bu addımın əsas məqsədinin dünya bazarlarında enerji qiymətlərini aşağı salmaq olduğunu açıqlayıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar