SON XƏBƏRLƏR

Tramp: Hörmüz boğazının adını “Tramp boğazı” qoymağı nəzərdən keçiririk

2026.10.11, 16:35
Tramp: Hörmüz boğazının adını “Tramp boğazı” qoymağı nəzərdən keçiririk

Gunaz.tv

ABŞ Prezidenti Donald Tramp İran rəsmilərini sərt tənqid edərək, ölkənin hərbi imkanlarının böyük ölçüdə məhv edildiyini iddia edib. O, ABŞ-ın münaqişəyə qısa müddətdə son qoya biləcəyini bildirib.

Tramp oktyabrın 10-da Tennessi ştatında keçirilən seçki tədbirində çıxışı zamanı İran rəsmilərini “dəli” adlandırıb və onların “hamını öldürəcəyik” kimi bəyanatlar verdiklərini söyləyib.

ABŞ prezidenti İranın donanmasının və hava qüvvələrinin məhv edildiyini, radar və istehsal imkanlarına da ciddi zərbə vurulduğunu iddia edib.

Tramp çıxışında Hörmüz boğazının adının “Tramp boğazı” olaraq dəyişdirilməsi ehtimalından da danışıb. O, bu fikri nəzərdən keçirdiklərini bildirib, lakin bununla bağlı hər hansı rəsmi qərar açıqlamayıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar