SON XƏBƏRLƏR

Möhsün Rzayi: Yaxın Şərqin rəqəmsal infrastrukturunu hədəf alacağıq

2026.10.11, 21:26
Möhsün Rzayi: Yaxın Şərqin rəqəmsal infrastrukturunu hədəf alacağıq

Gunaz.tv

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ABŞ-la müharibənin yenidən başlaması halında İran qüvvələrinin regiondakı rabitə kabellərini, məlumat mərkəzlərini və süni intellekt obyektlərini hədəf alacağını bildirib.

Rzayi televiziya müsahibəsində regiondakı bu infrastrukturun ümumi dəyərinin 2 trilyon dollardan çox olduğunu iddia edib. O, müharibənin yenidən başlaması halında İranın daha genişmiqyaslı planla hərəkət edəcəyini deyib.

O, həmçinin İran qüvvələrinin Hörmüz boğazında hər gecə neft daşıyan 5-6 gəmiyə hücum etdiyini iddia edib. Rzayi ABŞ, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini nefti Füceyrə boru kəməri vasitəsilə daşımaqla Hörmüz boğazından yan keçməyə çalışmaqda ittiham edib.

Bununla yanaşı, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) bir neft tankerinin Hörmüz boğazından çıxarkən naməlum mərmi ilə vurulduğunu bildirib. İdarənin məlumatına görə, gəmi zədələnib, lakin ekipaj üzvləri xəsarət almayıblar. Hadisənin ətraf mühitə təsiri barədə məlumat verilməyib.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar