SON XƏBƏRLƏR

İranda təxminən 18 milyon nəfər heç evlənməyib

2026.10.12, 20:31
İranda təxminən 18 milyon nəfər heç evlənməyib

İranda evlilikdən yayınma ali təhsilli şəxslər arasında 65 faiz daha yüksəkdir

Gunaz.tv

İranın Gənclər və İdman Nazirliyinin Gənclərin Sosial Planlaşdırılması və İştirakı İdarəsinin baş direktoru Əbdi bildirib ki, ölkədə təxminən 18 milyon nəfər indiyədək evlənməyib. Onların 10 milyonunu kişilər, 8 milyonunu isə qadınlar təşkil edir.

Onun sözlərinə görə, tədqiqatların nəticələri göstərir ki, ali təhsilli şəxslər arasında evlilikdən yayınma səviyyəsi daha aşağı təhsilli şəxslərlə müqayisədə 65 faiz yüksəkdir. Həmçinin insanların öz iqtisadi vəziyyətlərini necə qiymətləndirməsi onların evlənməyə meyli ilə əlaqəlidir.

Əbdi gənclərin evliliyini asanlaşdırmaq üçün zəruri infrastrukturun yaradılmasının və müvafiq hüquqi şəraitin təmin edilməsinin vacibliyini vurğulayıb.

 

GunAz TV
R.G

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar