SON XƏBƏRLƏR

Britaniya: Fairford aviabazası ilə bağlı hadisənin arxasında böyük ehtimalla SEPAH dayanır

2026.10.12, 22:30
Britaniya: Fairford aviabazası ilə bağlı hadisənin arxasında böyük ehtimalla SEPAH dayanır

Gunaz.tv

Böyük Britaniyanın baş naziri Endi Börnham oktyabrın 12-də, bazar ertəsi günü bildirib ki, Fairford aviabazasında baş verən şübhəli hadisə böyük ehtimalla İranda koordinasiya edilib və terrorçu Sepahın rəhbərliyi altında həyata keçirilib.

Böyük Britaniya hökuməti hadisəyə cavab olaraq İranın Londondakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb və iki İran vətəndaşına qarşı yeni sanksiyaların tətbiq olunduğunu açıqlayıb. Britaniya rəsmiləri Tehranı xaricdə düşmənçilik fəaliyyətləri həyata keçirmək üçün cinayətkar şəbəkələrdən istifadə etməkdə ittiham ediblər.

Eyni zamanda, ABŞ və Böyük Britaniya da daxil olmaqla 29 ölkə birgə bəyanat yayaraq İrana aid edilən düşmənçilik fəaliyyətlərini pisləyib və öz ərazilərində təhdid və hədə-qorxu hallarına qarşı xəbərdarlıq edib.

Bununla belə, İranın Londondakı səfiri Tehranın Fairford hadisəsində iştirakına dair iddiaları rədd edərək, sübut və dəlillərin təqdim olunmasını tələb edib.

Hadisə sentyabrın 27-də baş verib. Həmin gün Fairford aviabazasının yaxınlığında 20–25 yaşlarında beş Britaniya vətəndaşı terror və partlayıcı maddələrlə bağlı cinayətlərdə şübhəli bilinərək saxlanılıb. Britaniya polisi xarici dövlətin bu hadisədə rolunun olub-olmadığını araşdırdığını bildirib.

Fairford (RAF Fairford) hava bazası İngiltərənin cənub-qərbində, Qlosterşir bölgəsində yerləşən hərbi bazadır. Baza Böyük Britaniya dövlətinə məxsusdur, lakin ABŞ Hərbi Hava Qüvvələri də ondan istifadə edir.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar