SON XƏBƏRLƏR

Ərdoğan husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib və Türkiyənin dəstəyini vurğulayıb

2026.10.13, 20:32
Ərdoğan husilərin Səudiyyə Ərəbistanına hücumlarını pisləyib və Türkiyənin dəstəyini vurğulayıb

Gunaz.tv

Səudiyyə Ərəbistanının rəsmi «SPA» xəbər agentliyinin oktyabrın 13-də yaydığı məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanının vəliəhdi və Nazirlər Şurasının sədri Məhəmməd bin Salmanla telefon danışığında husilərin bu ölkəyə hücumlarını pisləyib.

Məlumata əsasən, Ərdoğan hücumlar nəticəsində həlak olanlarla bağlı Məhəmməd bin Salmana başsağlığı verib, ölənlərə Allahdan rəhmət diləyib və yaralılara tezliklə şəfa arzulayıb. O, həmçinin Türkiyənin bu hücumlara qarşı mövqeyini və narazılığını ifadə edib.

Türkiyə Prezident Administrasiyası da telefon danışığını təsdiqləyərək Ərdoğanın Səudiyyə Ərəbistanına qarşı hücumları pislədiyini bildirib. Ərdoğan Türkiyənin Səudiyyə Ərəbistanının yanında olduğunu, ölkənin təhlükəsizliyinin qorunması və sabitliyinin möhkəmləndirilməsi üçün atdığı addımları dəstəklədiyini vurğulayıb.

 

GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar