SON XƏBƏRLƏR

Qadınlardan ibarət Bəsic bölməsinin komandiri evinin qarşısında güllələnib

2026.10.14, 14:35
Qadınlardan ibarət Bəsic bölməsinin komandiri evinin qarşısında güllələnib

Sistan və Bəlucistan əyalətinin Mehrastan rayonunda qadınlardan ibarət Bəsic bölməsinin komandiri evinin qarşısında güllələnərək öldürülüb.

Gunaz.tv

Bu barədə çərşənbə günü SEPAH-a yaxınlığı ilə tanınan “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Agentlik hücumu ABŞ və İsraillə əlaqəli olduğunu iddia etdiyi silahlı şəxslərin törətdiyini bildirib. Lakin hadisəyə görə məsuliyyəti üzərinə götürən hər hansı qruplaşmanın adını açıqlamayıb və hücumun təfərrüatları barədə əlavə məlumat verməyib.

Bundan başqa, agentliyin məlumatında Mehrastan rayonunda Məhəmməd Əli Şəhriyari adlı polis əməkdaşının da öldürüldüyü qeyd edilib.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar