SON XƏBƏRLƏR

Tel Aviv “altılıq” ölkələrini İranla bağlı mövqeyinə görə tənqid edib

2021.10.20, 07:36
Tel Aviv “altılıq” ölkələrini İranla bağlı mövqeyinə görə tənqid edib

Gunaz.tv

GünAz TV: İsrailin baş naziri Benyamin Netanyahu “altılıq” ölkələrinin İrana qarşı yumşaq rəftarını tənqid edib.

B. Netanyahu İsraildə nəşr olunan “Jerusalem Post” qəzetinə müsahibəsində deyib ki, “altılıq” ölkələri İrandan tələblərini azaldıb: “Altılıq” ölkələri əsas tələbinə geri dönüb İrandan uranı zənginləşdirmə cəhdini tamamilə dayandırmağı istəməlidir. İsraillə “altılıq” ölkələrinin İrana qarşı ortaq hədəfləri var. Lakin “altılıq” ölkələri sonuncu müzakirələrdə daha əvvəlki görüşlərlə müqayisədə İrandan tələblərini azaldıb. “Altılıq” ölkələri İranla bağlı əvvəlki mövqeyinə dönməli, Tehranın uranın zənginləşdirilmə fəaliyyətlərini tamamilə dayandırmağı, indiyədək zənginləşdirdiyi uranı başqa bir ölkəyə göndərməyi və Qum şəhəri yaxınlığındakı “Fordo” nüvə təsisatını bağlamağı tələb etməlidir”. N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar