SON XƏBƏRLƏR

Urmunu duz fırtınası bürüyür – FOTO

2021.10.20, 07:36
Urmunu duz fırtınası bürüyür – FOTO

Gunaz.tv

GünAz TV: Dünən iyulun 10-u (tirin 20-i) Güney Azərbaycanın Urmu şəhərində duz fırtınası müşahidə olunub.

Soydaşlarımız qurumaqda olan Urmu Gölünün nicatı ilə bağlı illərdir mübarizə aparsalarda, fars şovinizminin qərəzli siyasəti nəticəsində bu günə qədər heç bir tədbir alınmayıb.

 

Məlumata görə, dünən Urmu şəhərini duz fırtınası bürüyüb. Fırtına o dərəcədə olub ki, Urmu səması ağarıb və hətta günəş də ağ rəngə qərq olub.

 

Bölgənin əkin sahələri və ən önəmlisi soydaşlarımızın sağlamlığı artıq ciddi təhlükə qarşısındadır. Bütün bunlar azərbaycanlıları daha ciddi mübarizəyə cəlb edir. Əks halda qarşıdakı faciə qaçılmaz olacaq.

 

 

 

N.S

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar