SON XƏBƏRLƏR

Təbrizdə Haşim Mirzadə tutuqlanıb

2021.10.20, 07:36
Təbrizdə Haşim Mirzadə tutuqlanıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Təbriz şəhərində azərbaycanlı milli-mədəni fəal mühəndis Haşim Mirzadə tutuqlanıb.

 

İranın Təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanan azərbaycanlı fəal naməlum istiqamətə aparılıb və onun harda saxlanıldığı ilə bağlı hələlik heç bir xəbər  yoxdur.

 

Məlumata görə, onun ailəsi ETTELAAT (İran Kəşçfiyyat Nazirliyi) idarəsinin xüsusi təzyiqi altında olduğu üçün, hələlik Mirzadənin necə və nə zaman yaxalandığı ilə bağlı dəqiq məlumat verilmir.

 

Qeyd edək ki, mühəndis Haşim Mirzadə Təbriz Azad universitetinin məzunudur. O, məşhur “Arman” öyrənci qurumunun fəallarından biri olub və 2006-ci il may hadisələri zamanı (1385-ci il xordad qiyamı) tutuqlanan soydaşlarımızdan biridir.

 

 

N.S

 

 

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar