SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Məsud Hüseynzadə tutuqlanıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Məsud Hüseynzadə tutuqlanıb

Gunaz.tv

GünAz TV: İran rejiminin azərbaycanlı fəallara qarşı təzyiqi yeni vüsət alıb.

 

Dünən (iyulun 9-u , tirin 19-u) azərbaycanlı fəal mühəndis Məsud Hüseynzadə bir qrup ETTELAAT (İran Kəşfiyyat Polisi) məmurları tərəfindən tutuqlanıb.

 

Məmurlar  Hüseynzadənin Təbrizin Abbasi məntəqəsində yerləşən ata evinə daxil olub, onu yaxalayıb və evdə axtarış aparıblar. Axtarış nəticəsində azərbaycanlı fəala aid bir sıra şəxsi əşya zəbt olunub.

 

Məşhur “Arman” öyrənci qurumunun keçmiş fəalı Hüseynzadə naməlum istiqamətə aparılıb və hələlik onun harda saxlanıldığı və nə səbəbdən tutuqlandığı ilə bağlı heç bir məlumat yoxdur.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar