SON XƏBƏRLƏR

Millət vəkili Urmuda duz fırtınasının olduğunu təsdiqləyib

2021.10.20, 07:36
Millət vəkili Urmuda duz fırtınasının olduğunu təsdiqləyib

Gunaz.tv

GünAz TV: Urmunun İran parlamentindəki nümayəndəsi Nadir Qazipur bəyan edib ki, keçəb günlərdə Urmuda duz fırtınasının baş verdiyi xəbəri həqiqətdir.

 

Qazirpur “Fars” xəbər agentliyinin müxbirinin Urmuda baş verən duz fırtınası ilə bağlı sualını belə cavablandırıb: “Urmu Gölü məntəqəsində əsən küləklər təbii olaraq özü ilə duz gətirirlər və demək olar ki, Urmuda duz fırtınası olubdur”.

 

Millət vəkili əlavə edib ki, “bu küləklərin bu tərəflərə əsəri azdır. Külək əsasən Şərqi Azərbaycan əyalətinə tərəf əsir və daha çox Təbriz, Şəbistər, Əcəbşer və ... kimi şəhərlər təhlükə qarşısındadırlar".

 

O, Urmu Gölünün 60-dan 70 faizə qədər quruduğunu xatırladaraq bəyan edib ki, “Urmu Gölü böhranla üz-üzədir. Ona görədə böhrandan çıxmaq üçün lazımı tədbirlər alınmalıdır”.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar