SON XƏBƏRLƏR

Türkiyə 60 ton qızılı İrana niyə verdi?

2021.10.20, 07:36
Türkiyə 60 ton qızılı İrana niyə verdi?

Gunaz.tv

Türkiyə 60 ton qızılı İrana niyə verdi?GünazTV: Türkiyə 2012-ci ilin martından İrandan neft və qazın idxalını qızılla ödəməyə başlayıbMəlumata əsasən, məhz buna görə də 2012-ci ilin martından Türkiyədən İrana qızıl ixracı kəskin artıb. Belə ki, 2012-ci ilin mart-may aylarında Türkiyədən İrana qızıl ixracatı 60 ton təşkil edib.Ankara və Tehran İrandan Türkiyəyə idxal edilən enerji resurslarının bu cür ödəniş vasitəsini İran üçün pul köçürməsi ilə məşğul olan SWIFT şirkətinin cari ilin martında Tehranla əməkdaşlığı dayandırdıqdan sonra seçiblər.Məlumata görə, Türkiyə İrandan gündəlik 8 ton neft və 8 milyard kubmetr qaz idxal edir.Türkiyə Statistika İnstitutunun məlumatına əsasən, apreldə Türkiyə qızılının İrana ixracı 2011-ci ilin analoji dövrü ilə müqayisədə 4 dəfə artıb. 2012-ci ilin aprelində Türkiyə İrana dəyəri 1,2 milyard dollar olan 26 ton qızıl ixrac edib.2011-ci ilin aprelində İran Türkiyədən 300 kiloqram qızıl idxal edib.

S.B

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar