SON XƏBƏRLƏR

“Traxtur”un görüşündə qeyri-fars millətlərinin birliyini göstərən plakat qaldırılıb – GÖRÜNTÜ

2021.10.20, 07:36
“Traxtur”un görüşündə qeyri-fars millətlərinin birliyini göstərən plakat qaldırılıb – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV:  Abadanda bu şəhərin “Neft” komandası ilə Təbrizin “Traxtur” takımı arasında keçirilən futbol qarşılaşmasında İranda qeyri-fars millətlərinin birliyini göstərən plakat qaldırılıb.

 

Görüş cümə günü yerli vaxtla saat 16:45-də başlayıb. İran üzrə futbol klublarının super liqa yarışlarının 14-cü həftəsində keçirilən görüş 1:1 bərabər hesabla sona çatıb.

 

Stadionda tamaşaçı qismində iştirak edən ərəb və azərbaycanlı milli-mədəni fəallar üzərində iki ərəb komandası və “Traxtur”un loqosu əks olunan plakat qaldırıblar. Plakatın üzərində həmçinin fars dilində “Azərbaycan türkləri Xuzistanda yalnız deyil, “Traxtur” ərəb gənclərinin səsidir” şüarı yazılıb. Fəalların bəziləri Bozqurd işarə tutublar.

 

 

Bir neçə “Traxtur” tərəfdarları isə dostluq əlaməti olaraq “Neft” komandasının bayrağını qaldırdıb.

 

 

Qeyd edək ki, Neft yataqları ilə zəngin olan Əhvaz məntəqəsinin yerli sakinləri ərəbdir. Onlar Azərbaycan türkləri kimi, milli, iqtisadi və mədəni sahələrdə bir çox ayrı-seçkiliklərə məruz qalır. Məhz bu kimi səbəblərə görə iki millət və onlara mənsub milli-mədəni fəallar arasında dostluq münasibətləri getdikcə inkişaf edir, bu münasibəti bütün sahələrdə görmək mümkündür.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar