SON XƏBƏRLƏR

Tehranda 330 min litr əldəqayırma alkoqollu içki aşkarlanıb

2021.10.20, 07:36
Tehranda 330 min litr əldəqayırma alkoqollu içki aşkarlanıb

Gunaz.tv

 GünAzTV: Dekabrın 7-də Tehranın cənubunda əldəqayırma alkoqollu içkilərin istehsalı ilə məşğul olan gizli sex aşkarlanıb. Bu barədə İranın “Tasnim news” saytı məlumat yayıb.

 

Bildirilir ki, sexdə əldəqayırma alkoqollu içkilər istehsal edən banda üzvləri, tibbi alkoqollardan istifadə edərək onu xarici araq şüşələrinə doldurur, üstünə xarici marka yapışdırdıqdan sonra xarici içki adı ilə gizli satışa çıxarırmışlar.

 

Məlumatda qeyd olunur ki, Tehran hüquq-mühafizə qüvvələrinin əməkdaşları paytaxtın cənub məhəllələrindən birində yerləşən həmin sexi aşkarladıqdan sonra ona başçılıq edən banda üzvlərini yaxalayıb.

 

 

A.M

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar