SON XƏBƏRLƏR

Tramp: “Ailə miqrasiyasını dayandırmaq lazımdır”

2021.10.20, 07:36
Tramp: “Ailə miqrasiyasını dayandırmaq lazımdır”

Gunaz.tv

GünAz TV: Dekabrın 11-də Nyu-Yorkda törədilən terror aktı bir daha nümayiş etdirdi ki, Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresi amerikalıları qorumaq üçün müvafiq islahatlar həyata keçirməlidir, o cümlədən miqrasiya sahəsində.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

 

“Son iki ay ərzində Nyu-Yorkda iki terror hücumu baş verib. Bu gün cinayəti törədən şəxs ABŞ-a milli təhlükəsizliyə zidd olan ailə miqrasiyası proqramı vasitəsi ilə gəlib. Konqres bu cür miqrasiyanı dayandırmalıdır. Bu zərərli sistemin ABŞ-ın təhlükəsizliyi və iqtisadiyyatına vurduğu zərər çoxdan bəllidir”, bəyanatda deyilir.

 

Qeyd edək ki, dekabrın 11-də Banqladeş vətəndaşı Nyu-Yorkda partlayış törədib, nəticədə 4 nəfər yaralanıb. 27 yaşlı Akayed Ullah 2011-ci ildən qanuni əsaslarla ABŞ-da yaşayır. O, ifadəsində ABŞ-ın Suriya və İraqdakı fəaliyyətini pisləyib, cinayəti qisas məqsədilə həyata keçirdiyini bildirib.

 

N.S

  

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar