SON XƏBƏRLƏR

Tehranda “Aşıq Qərib” adına Beynəlxalq Aşıq Festivalı keçirilib - GÖRÜNTÜ

2021.10.20, 07:36
Tehranda “Aşıq Qərib” adına Beynəlxalq Aşıq Festivalı keçirilib - GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: İran paytaxtı Tehran şəhərində “Aşıq Qərib” adına Beynəlxalq Aşıq Festivalı keçirilib.

 

“Aşıqlar Birliyi”nin təşkilatçılığı ilə reallaşan festivala Güney Azərbaycanla yanaşı, Azərbaycan Respublikası, Türkiyə və Gürcüstandan olan saz ifaçıları qatılıb.

 

Festival dekabr ayının 10-dan başlayaraq iki gün davam edib.

 

Aşıqların birgə ifası ilə başlayan festival, tədbir iştirakçıları və saz-söz adamlarının çıxışı ilə davam edib.

 

 

Festivalda tanınmış iş adamları, rəsmi şəxslər və çox sayda icsənət xadimi tamaşaçı qismində iştirak edib. Mərasimin keçirildiyi zaman Səlcuq Şəhbazinin sədri olduğu “Aşıqlar Birliyi” qurumunun gələcək uğurlarını təmin etmək üçün fəaliyyət istiqamətləri, aşıq sənətinin müasir durumu və inkişaf perspektivlərindən söz açılıb və  Tehranda yaxın zamanda bir mərkəzin aşıq evi kimi fəaliyyətə başlayacağı bildirilib.

 

Festivala gələn İran rəsmiləri arasında Tehran məntəqələrinin bələdiyyə başqanı, millət vəkilləri, Turizm Nazirliyinin nümayəndələri və s. kimi yüksək rütbəli şəxslər olub. YUNESKO-nun Tehran Ofisinin nümayəndəsi də festivala gələn tamaşaçılar arasında olub.

 

 

Aşıq Qərib adına keçirilən beynəlxalq festivalda “Aşıqlar Birliyi”nin Güney Azərbaycanın bütün şəhərlərində fəaliyyət göstərən nümayəndələri aktiv şəkildə iştirak edib.

 

Festivalda Azərbaycan Respublikasını saz ixtisası üzrə müəllim Elxan Cəlilov təmsil edib.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar