SON XƏBƏRLƏR

İranda daha 2 nəfər ictimaiyyət qarşısında dara çəkilib

2021.10.20, 07:36
İranda daha 2 nəfər ictimaiyyət qarşısında dara çəkilib

Gunaz.tv

 GünAzTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 2 nəfər ictimaiyyət qarşısında edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan hər iki müttəhim, bu il, aprelin 10-da İranın Nain şəhərində polisə silahlı müqavimət göstərərək, hüquq-mühafizə qüvvələrinin əməkdaşı Əsğər Qəzavini odlu silahla qətlə yetirməkdə təqsirləndirilmişdi. Hər iki müttəhim, dekabrın 13-ü sübh saatlarında İranın İsfahan şəhərinin Xorasqan meydanında ictimaiyyət qarşısında dara çəkilib.

 

Edam edilənlərdən yalnız birinin adı (Məcid Həsənzehi) mediada işıqlandırılıb. Həmin şəxs, milliyyətcə İran bəluclarından olub.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar