SON XƏBƏRLƏR

“Traxtur”un müzakirə mövzusuna çevrilən 3 oyunçusundan yeni xəbər

2021.10.20, 07:36
“Traxtur”un müzakirə mövzusuna çevrilən 3 oyunçusundan yeni xəbər

Gunaz.tv

GünAz TV: Son vaxtlar Təbrizin “Traxtur” futbol komandasında qalıb-qalmayacaqları ilə bağlı ziddiyyətli xəbərlər yayılan oyunçuların “Traxtur”la yola davam edəcəkləri məlum olub.

 

Məhəmməd İbrahimi, Məhəmməd Nuri və Şəhram Qudərzi dekabrın 14-də Yəhya Gülməhəmmədinin digər yetirmələri kimi məşqə qatılıblar.

 

Məlumata görə, dekabrın 13-də klubun icraçı direktoru Mustafa Acorlu oyunçularla görüş keçirdikdən sonra onların komandada qalacaqları barədə qərar qəbul edib.

 

Artıq adı çəkilən oyunçuların Azərbaycan komandasında oynayacaqları və mövsümün ikinci yarısına hazırlaşdıqları qətiləşib.

 

Bu arada əsgərlik xidmətini keçirmək məqsədi ilə “Traxtur”a qoşulan Rza Şərbəti də dekabrın 14-də keçirilən məşqə qatılaraq rəsmən fəaliyyətə başlayıb.

 

“Traxtur” oyunçularının rəğbətlə qarşıladığı R.Şərbəti komandanın İsmailifər, Pəhləvan, Mehdipur və İslamixahdan sonra 5-ci əsgər oyunçusu olacaq.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar