SON XƏBƏRLƏR

Azərbaycanlı milli-mədəni fəal Musa Sudi həbs olunub

2021.10.20, 07:36
Azərbaycanlı milli-mədəni fəal Musa Sudi həbs olunub

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal mühəndis Musa Sudi məhkum edildiyi 7 aylıq həbs cəzasını çəkmək üçün Təbriz zindanına salınıb.

 

Ərdəbilli fəalın dekabrtın 16-da həbs olunduğu bildirilir.

 

Məlumata görə, bundan öncə polis əməkdaşları fəalı yaxalamaq məqsədi ilə onun Ərdəbildəki evinə müraciət ediblər, lakin fəal  evdə olmadığı üçün onu yaxalamaq mümkün olmayıb. Bu, Apelyasiya Məhkəməsinin M.Sudinin həbsi ilə bağlı qərarı elan olunmadan baş verib.

 

M.Sudi şənbə günü Təbrizin İnqilab Məhkəməsinə müraciət edərək Apelyasiya Məhkəməsinin qərarını öyrənmək istəyib. O məhkəmənin 2-ci şöbəsində həbs qərarının qəti olduğunu, etirazının Apelyasiya Məhkəməsi tərəfindən təmin olunmadığını öyrənincə məhkum edildiyi cəzanı çəkmək üçün Təbriz zindanına müraciət edib.

 

M.Sudi Təbrizin “Traxtur” futbol komandasının Asiya çempionatında birinci oyunu zamanı bir neçə azərbaycanlı fəalla birlikdə yaxalanıb, daha sonra məhkəmə tərəfindən  sistemin əleyhinə təbliğ etmək ittihamı ilə 7 ay həbs cəzasına məhkum edilib.

 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar