SON XƏBƏRLƏR

“Traxtur”-“İstiqlal” görüşündə milli şüarlar səsləndirildi – VİDEO

2021.10.20, 07:36
“Traxtur”-“İstiqlal” görüşündə milli şüarlar səsləndirildi – VİDEO

Gunaz.tv

GünAz TV: Təbrizin səhənd stadionunda bu şəhərin  “Traxtur” komandası ilə Xuzistanın “İstiqlal” takımı arasında keçirilən görüş yerli komandanın kəskin qələbəsi ilə yekunlaşıb.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 16-cı həftəsində Təbriz vaxtı ilə saat 14:30-da başlayan qarşılaşma 3:0 hesabı ilə “Traxtur”un xeyirinə sona çatıb.

 

“Traxtur” tərəfindən İranpuryan 25, Alişah 45 və Pəhləvan 92-ci diqəqədə qol vurublar.

 

Stadionda tamaşaçı qismində iştirak edən soydaşlarımız isə oyun boyu bir çox milli şüarlar səsləndirib. Ana dilində təhsillə bağlı dəfələrlə şüar səsləndirən “Traxtur” tərəfdarları oyunun 15-ci dəqiqəsində hamı birlikdə “Türk dilində mədrəsə - Olmalıdır hər kəsə” şüarı səsləndiriblər.

 

Bu qələbədən sonra 20 xala (imtiyaz) sahib olan “Traxtur” turnir cədvəlinin 9-cü pilləsində qərarlaşıb.

 

Video:

https://www.youtube.com/watch?v=BmKk21Im_KQ

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar