SON XƏBƏRLƏR

“Traxtur”-“Perspolis” görüşünün son nəticəsi

2021.10.20, 07:36
“Traxtur”-“Perspolis” görüşünün son nəticəsi

Gunaz.tv

GünAz TV: Dekabrın 29-u yerli vaxtla saat 14:30-da Tehranın Azadi stadionunda başlayan görüş meydan  sahibinin xeyirinə yekunlaşıb.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 17-ci həftəsində keçirilən görüşdə Tehranın “Perspolis” və Təbrizin “Traxtur” komandaları qarşılaşıb. Qarşılaşma 2:0 hesabı ilə “Perspolis”in xeyirinə sona çatıb. Tehran komandasına qələbə qazandıran qollar oyunun 45-ci dəqiqəsində Əli Əlipur və 78-ci dəqiqədə Kamal Kamyabi Niya tərəfindən vurulub.

 

Oyun keçirildiyi zaman “Perspolis” tərəfdarları “Traxtur”a qarşı təhqiramiz şüarlar səsləndirib. Tehran komandasının bu hərəkəti azərbaycanlı futbol tamaşaçılarının kəskin etirazına səbəb olub və oyun bitdikdən sonra tərəflər arasında qarşıdurma yaşanıb. Qarşıdurma stadionun ətrafında da davam edib. "İsna" xəbər agentliyi bir neçə tanınmış “Traxtur” tərəfdarının polis tərəfindən saxlandığını bildirib.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar