SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Cavad Əhmədi Yekanlı Ettelaat İdarəsinə çağılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Cavad Əhmədi Yekanlı Ettelaat İdarəsinə çağılıb

Gunaz.tv

GünAz TV: Xoy Şəhərinin Eteelaat İdarəsi bu şəhərin sakini, azərbaycanlı fəal Cavad Əhmədi Yekanlını etiraz aksiyalarına çağırışla bağlı İdarəyə çağırıb.

 

Telefon vasitəsi ilə Ettelaat İdarəsinə çağırılan fəal bəzi Azərbaycan kanallarının çağırışından sonra yanvarın 1-də təyin olunmuş məkanların birinə gedib. Ərazidə olan təhlükəsizlik qüvvələri ondan həmin məkandan uzaqlaşmağı tələb ediblər, bunun nəticəsində tərəflər  arasında mübahisə yaranıb.

 

Bu hadisədən sonra Ettelaat məsulları dəfələlərlə azərbaycanlı fəala zəng edib onu idarəyə çağırıblar. Məmurlar fəalın idarəyə müraciət etməyəcəyindən əmin olduqdan sonra ona ciddi xəbərdarlıq ediblər. Ettelaat məsulları azərbaycanlı fəalın valdeynləri ilə də əlaqə saxlayaraq onlardan övladlarına diqqət etmələrini tələb ediblər. Məmurlar bildirib ki, C.Əhmədi Yekanlı bir daha elə yerlərə gedərsə mütləq saxlanılacaq.

 

Adını çəkdiyimiz fəal bundan öncə də mədəni fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar