SON XƏBƏRLƏR

Xoy şəhərində şair və ədəbi tənqidçi saxlanılıb

2021.10.20, 07:36
Xoy şəhərində şair və ədəbi tənqidçi saxlanılıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Xoy şəhərində şair, yazıçı, mütərcəm və ədəbi tənqidçi Şəhriyar Gələvani saxlanılıb.

 

Azərbaycanlı ziyalının yaxınlarından biri mətbuata bildirib ki, yanvarın 4-də təhlükəsizlik qüvvələri Ş.Gələvanini Xoy şəhərində yerləşən şəxsi evində yaxalayıb naməlum istiqamətə aparıblar.

 

O 2017-ci il dekabrın 31-də  Xoyda rejimin ədalətsiz siyasətinə qarşı keçirilən etiraz aksiyaları ilə əlaqədar saxlanılıb.

 

Ş.Gələvani Xoy şəhərinin ədəbiyyat camiəsində tanınmış simalardan biridir. O 2017-ci il üzrə Nobel mükafatının qalibi Doris Lessingin “Tuneldən keçid” kitabını fars dilinə tərcümə edib.

 

Xoyda keçirilən etiraz aksiyaları ilə bağlı tanınmış xəttat Abbas Köçəri də yanvarın 1-də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Yayılan son məlumata görə, ötən günlərdə İran şəhərlərində keçirilən etiraz aksiyalarında 2 mindən çox etirazçı saxlanılıb, onlardan 90-nı öyrəncidir. Aksiyalar zamanı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsindən 20-dən çox insan həlak olub.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar