SON XƏBƏRLƏR

Azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri Apelyasiya Məhkəməsinə çağırılıb

2021.10.20, 07:36
Azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri Apelyasiya Məhkəməsinə çağırılıb

Gunaz.tv

GünAz TV: Ötən aylarda Əhər Məhkəməsinin 1-ci Şöbəsi tərəfindən sistemin əleyhinə təbliğ etmək ittihamı ilə 6 ay həbs cəzasına məhkum edilən azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri Apelyasiya Məhkəməsinə çağırılıb.

 

Fəal bundan öncə Əhər məhkəməsinin çıxardığı hökmə etiraz etmişdir.

 

İbrahim Nurinin dosyesinə yanvarın 30-da yerli vaxtla saat 10:30-da Şərqi Azərbaycan Apelyasiya Məhkəməsinin 26-cı Şöbəsində yenidən baxılacaq.

 

İbrahim Nuri və Əkbər Cahangiri 2016-cı ilin Rəməzan ayının son cümə günündə (Qüds günü) keçirilən aksiyalarında Uyğur, Bayırbucaq və Dağlıq Qarabağ müsəlmanlarına dəstək verdikləri üçün təhlükəsizlik qüvvələri tərəfindən “milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşma və sözləşmə”də günahlandırılaraq saxlanılıb. Onlar barələrində dosye təşkil olunduqdan sonra müvəqqəti olaraq sərbəst buraxılıb.

 

11 gün saxlanılan İbrahim Nuri təhlükəsizlik qüvvələri tərəfindən qanunsuz yaxalandığına etiraz olaraq saxlandığı müddətdə aclıq aksiyası keçirib.

 

Əkbər Cahangiri isə həmin dosyeyə görə 4 ay azadlıqdan məhrum edilib.

 

Əhər universitetində hüquq üzrə təhsil alan İbrahim Nuri bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar