Türkiyə XİN Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib
Fridrix Merts: Almaniya İsrailin yanındadır
Misir və BƏƏ Yəmən müharibəsinə qoşulmağa hazırlaşır?
Güney Azərbaycan şairi Yaqub Əhmədvənd vəfat edib
Sepah ilə PJAK arasında gərginlik; tərəflər bir-birini hədələdi
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Traxturun qapıçısı 2026-cı ilin Asiyada ən yaxşı kişi futbolçusu mükafatına namizəd olub
Güneyli pauerliftinq çempionu 3 il həbsə məhkum edilib
Sahibsiz malların satışı İranın ali dini liderinin icazəsindən asılıdır: Hörmüz boğazından çıxarılan iPhone 18-ləri təhvil verin!
Yəmən İrana: Silahlarınızı ölkəmizdən çıxarın, işlərimizə qarışmayın!
İranın Pakistanla quru sərhədi bağlandı
Gəncəyə raket hücumunun ildönümü: Mehriban Əliyeva anım mesajı yayıb
Tramp ABŞ, Rusiya və Çin arasında nüvə sazişinin mümkünlüyündən danışıb
Yunanıstanda Qərbi Trakya türk azlığının 8 ibtidai məktəbi bağlanıb
Füzulinin işğaldan azad olunmasının altıncı ildönümüdür
Ekspertlər Məclisi hicabla bağlı bəyanat yaydı
Ərəb Liqası husilərin Yəməndə hökumət və mülki obyektlərə hücumlarını pisləyib
Ankara Universitetində Məhəmmədtəqi Zehtabinin anım mərasimi keçiriləcək
İki şəhədə beş məhbus edam edildi
Vens: İranla bağlı hərbi qərarlarda Trampla mövqelərimiz üst-üstə düşür
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
Soyuqbulaqda yol qəzası- Ölən və yaralananlar var
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
Həmədanda dəm qazından zəhərlənən 19 həlak olub
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranda daha beş qadın öldürülüb
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
ABŞ İraq İnkişaf Bankının İranla maliyyə əməliyyatlarına verilən icazəni ləğv edəcək
Bloomberg: İranda 150-dən çox şagird və müəllimin öldüyü məktəbə hücumla bağlı hesabat ABŞ seçkilərindən sonraya saxlanılır
Azərbaycanda çevrilişə çağırış etdiyinə görə Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib
Liberman: Netanyahu hakimiyyətdə qalmaq üçün İrana qarşı hərbi əməliyyat planlaşdırır
Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
İranda internet tarifləri 40 faiz bahalaşıb
Şərqi Azərbaycanda əhalinin 54 faizi özünü bərabərsizliyə məruz qalmış hesab edir
Urmiyadada iş qəzasında üç nəfər həlak oldu
İrandan Azərbaycana 35 kq narkotik keçirilməsinin qarşısı alınıb
Azərbaycan və NATO arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olunub
İranda ayaqqabı təmirçilərinin sayı artıb
Səudiyyə Ərəbistanı İranı husilərin hücumlarını artırmağa təşviq etməkdə ittiham edir
İranda daha bir molla öldürüldü
Təbrizdə də "hicab"la bağlı aksiya keçirilib
GünAz TV: Türkiyədə yaşayan və Ankara Universitetində dərs deyən azərbaycanlı tarixçi alim professor Nəsib Nəsibli İranda baş verən etiraz aksiyaları və davam edən gərginlik barədə “Xeber365.com”-a müsahibə verib.
Müsahibəni olduğu kimi təqdim edirik:
- Nəsib bəy, İranda yaşananlar Azərbaycanda müxtəlif müstəvidə qəbul olundu, etiraz aksiyaları ilə bağlı fərqli şərhlər verildi. Bəs azərbaycanlı tarixçi olaraq bu günlərdə Türkiyədən İrana baxanda hansı mənzərəni görürdünüz, daha çox nə nəzərə çarpırdı?
- İran sıradan bir ölkə deyil. Həm qonşuların, həm də bu ölkədə maraqları olan böyük dövlətlərin İrandakı son prosesləri diqqətlə izləmələri çox təbiidir. Türkiyə iqtidarının olaylara münasibətini ölkə prezidenti və xarici işlər nazirinin qonşu ölkədəki tərəfdaşları ilə telefon danışıqları, bu danışıqların mediaya sızan bilgilərdən bilirik. Televiziya kanallarında son həftə hər gün İran hadisələri müzakirə edildi. Türkiyədə İran haqqında bilgilərin bu qədər bəsit və səthi olmasını bilirdim. Bu bəsitlikdən başqa, həm də hadisələrin təhlilində təktərəfli yanaşma bir daha məni xəyal qırıqlığına uğratdı. Mediadakı dırnaqarası dərin analizlər bu səviyyədə qalacaqsa, yaxın zamanlarda İranda baş verəcək daha dərin hadisələrə Türkiyənin “hazır olmadığını” bir daha görəcəyik.
- Həmyerlilərimizin vətəndaş olaraq bu çaxnaşmanı o taylı-bu taylı Azərbaycanın birləşmək fürsəti kimi görməsi, həyəcan keçirməsi təbiidir. Bəs hadisələri tarixi və siyasi baxımdan bir peşəkar kimi təhlil etdikdə ortaya hansı nəticə çıxır: doğrudanmı, bu, bir fürsət idi?
- Quzey Azərbaycanda olayların həyəcanla izlənməsindən təbii bir şey ola bilməz. Bu olaylar perspektivdə birləşmək arzusu yarada bilər və yaratmalıdır. Amma son olaylar tamamilə başqa məsələləri ortaya qoydu.
- Bəs Güney Azərbaycandakı həmvətənlərimizin bu mənada, belə desək, soyuqqanlılıq göstərməsini necə dəyərləndirirsiniz?
- Bu, ətraflı və dərin müzakirənin mövzusudur. Qısaca onu deyim ki, son onilliklərdə Güneydə gedən siyasi proseslərin özünəməxsus gedişi ciddi analiz olunmalı, ciddi də qərarlar qəbul edilməlidir. Hərəkat artıq aydınlanma, oyanış mərhələsindən çıxıb, məqsədyönlü əməli fəaliyyətə keçməlidir. Vaxt yoxdur. Güney siyasi proseslərin gedişindən geri qalır. Bu da milli maraqlar baxımından təhlükəli durum yaradır.
- Sizcə, cənubi azərbaycanlılar İranda nə baş verdiyini dəqiqliyi ilə anlayıb çözə bildilərmi? Yoxsa elə onların özünə də qaranlıq qalan məqamlar oldu?
- Ümumiyyətlə, son olayların mahiyyətiylə bağlı çox suallar qalır. Hələ olaylar davam etməkdədir. Bir daha təkrar edim. Son olayları milli fəallar çox ciddi şəkildə analiz edib, ciddi qərarlar verməlidirlər.
- Nəsib bəy, aksiyaların Məşhəddən başlaması təsadüfi qarşılanmır, bəs sizcə, etirazçıların bu planı nəyi fərqli etdi?
- Məncə, hadisələrin məhz Məşhəddə başlaması üstündə xüsusi nəzəriyyələrin qurulmasına ehtiyac yoxdur. Olayların səbəbləri bölgə xarakterində deyil, bütün İrana xasdır. Bahalıq, korrupsiya, talançılıq, qanunsuzluq, ölkə ehtiyatlarının xaricdəki əməliyyatlara sərf olunması, ölkədəki durum və onun gələcəyiylə bağlı hakim elita daxilində ciddi fikir ayrılıqları kimi ciddi strukturlu səbəblər ölkəni və onun əhalisinin əksəriyyətini qayğılandırır.
- İran qapalı ölkədir. Bəs Amerika etirazçılara dəstəyi ilə getdikcə siyasi xarakter alan aksiyada özünə qapalı ölkədə hansısa yeri tuta, Tramp nəyəsə nail ola bildimi?
- Ölkə daxilində xarici dəstəyə ehtiyacı olan müxalif qüvvələr var. Onlar bu cür mənəvi dəstək istəyirlər. Amma Amerika prezidenti Trampın bu tvitləri kaş ki, olmayaydı. Onun ziyanı daha çox oldu. Olayların xarici güclərin fitnə-fəsadının nəticəsi olması haqqında hakimiyyətin haqsız ittihamlarının ortaya çıxması və bunun əhalinin bir hissəsinə təsir etməsini görürük.
- Bir az əvvəl İranın keçmiş prezidenti Mahmud Əhmedinejadın etiraz aksiyalarına dəstək verdiyi üçün saxlanıldığı barədə xəbər yayıldı. Bu, onsuz da cığırından çıxaran prosesləri daha da qəlizləşdirə bilərmi? Hadisələrin sonu sizə necə görünür?
- Keçmiş prezident Əhmədinejadın həbs ediləcəyi məsələsi çoxdan danışılırdı. Hətta etirazların başlanmasından əvvəl də belə söz-söhbət vardı. Bu, Xamnei və tərəfdarlarının artıq “qəti addım” atmağa başlamalarının əlamətidir. Böyük ehtimalla indiki mərhələdə etiraz aksiyakları səngiyəcək, hətta dayanacaq. Amma bu, İranda problemin həllinin göstəricisi olmayacaq.
Qaynaq: Xeber 365 SAYTI
N.S
Danışıqlar davam edir, müharibə ehtimalı azdır- Millət vəkili
SEPAH Husi hücumlarının istiqamətləndirilməsinə kömək edir- Media
İranda İraq vətəndaşı "casus"luğa görə edam edilib
İranla müharibə düşünüləndən daha tez başa çatacaq - Tramp
“Güney Azərbaycan” Türkiyənin yeni dərsliklərində: Təbriz bu diyarın ürəyi kimi təqdim olunur
İranda ayaqqabı təmirçilərinin sayı artıb
İranda daha bir molla öldürüldü
SEPAH müxalif dəstə üzvlərini həbs edib
Həmədanda onlarla tələbə zəhərləndi
Rusiya İran uranını köçürməyə hazırdır- Borisenko
ABŞ İrana yeni sanksiyalar tətbiq edib
Urmiya gölü ilə bağlı film İstanbulda nümayiş olunacaq
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
İslam Respublikasının süqutu bu halda baş verə bilər- Ərdestani
İran Britanıya səfirini XİN-ə çağırıb
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Güneyli yazıçı Aqşın Ağkəmərli vəfat edib
Bloomberg: Rusiya İranı raketlərlə təmin edir
Əngut və Germidə sel təsərrüfat və infrastruktura ziyan vurub
Qaradağda məktəb direktorunun maşını yandırılıb
Təbizdə tibb bacıları etiraz aksiyası keçirdilər
Sistan və Bəlucistanda silahlı qarşıdurma olub
Milli fəalara əlavə cəzalar verildi
İran Ali Məhkəməsi daha bir siyasi məhbusun edam hökmü təsdiq etdi
İsrail prezidenti Azərbaycana gəldi
Rusiyalı mütəxəssislər İrana getdi
Tramp və Putin Rusiya dizel yanacağının ixracı ilə bağlı razılığa gəliblər
ABŞ: SEPAH rəsmiləri artıq xaricdə məşuqələri ilə görüşə bilməyəcəklər
Rubio: Əhəmənilər talançı idilər
İranın kölgəsindəki hakerlərdən Azərbaycana kiberhücum
İranda qadınlara qarşı ayrı-seçkilik konsert turunun ləğvinə səbəb oldu
Təbrizli rejissordan Türkiyəyə iş dalınca gedən işçilərin hekayəsi
İrana yüzlərlə silahlı göndərilib- Hökumət mediası
Təbrizdə ailə başçısı həyat yoldaşı və övladlarını öldürdü