SON XƏBƏRLƏR

İranda daha 3 nəfər dara çəkilib

2021.10.20, 07:36
 İranda daha 3 nəfər dara çəkilib

Gunaz.tv

GünAzTV: İranın Babil və Məşhəd şəhərlərində qəsdən adamöldürmədə günahlandırılan daha 3 nəfər edam edilib. Edamlar bir neçə gün əvvəl həyata keçirilsə də, bu barədə xəbər yenicə yayılıb.

 

Üç il əvvəl ailədaxili ixtilafa görə həyat yoldaşını qətlə yetirən 27 yaşlı müttəhim, yanvarın 15-i sübh saatlarında İranın Babil şəhərinin həbsxanasında dara çəkilib. Edam edilən şəxsin adı mediaya açıqlanmayıb.

 

Həmçinin, dörd il əvvəl Rəzəvi Xorasan əyalətində maliyyə sənədlərini ələ keçirmək məqsədilə əvvəlcədən hazırlanmış plan əsasında evlilik qeydiyyatı şöbəsinin 45 yaşlı rəisini oğurlayaraq qətlə yetirən daha 2 gənc müttəhim, yanvarın 16-da Məşhəd şəhərinin mərkəzi zindanında dar ağacından asılıb. Edam edilən 23 və 24 yaşlı qatillərin adları ictimaiyyətə açıqlanmayıb.

 

                               Məşhədin mərkəzi zindanı

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən, həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar