SON XƏBƏRLƏR

Bu görüş də “Traxtur” üçün uğursuz oldu

2021.10.20, 07:36
Bu görüş də “Traxtur” üçün uğursuz oldu

Gunaz.tv

GünAz TV: Yanvarın 18-i yerli vaxtla saat 14:30-da Təbrizin səhənd stadionunda bu şəhərin “Traxtur” futbol komandası ilə Tehranın “Saypa” komandası qarşılaşıb.


İran üzrə futbol klublarının super liqa yarışlarının 20-ci həftəsində keçirilən görüş 1:2 hesabı ilə qonaq komandanın xeyirinə yekunlaşıb.


“Traxtur” tərəfindən Məhəmməd İranpuryan 70, “Saypa” tərəfindən isə Mehdi Torabi 63 və 75-ci dəqiqələrdə qol vurublar.


Bu arada “Traxtur”un bostanabadlı əlil gənc tərəfdarı Qulamrza Məleki Eynəddin keçirdiyi infarkt nəticəsində qəfildən dünyasını dəyişib.


İllərdir əlil arabasında gəzən gənc “Traxtur”un əksər görüşlərində tamaşaçı qismində iştirak edirdi. O yanvarın 18-də Bostanabadda sevimli komandası “Traxtur”un bayrağı ilə dəfn edilib. “Allah rəhmət eləsin”



N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar