SON XƏBƏRLƏR

Tehranda keçirilən sərgidə Azərbaycan rəqsi rəğbətlə qarşılanıb - VİDEO

2021.10.20, 07:36
Tehranda keçirilən sərgidə Azərbaycan rəqsi rəğbətlə qarşılanıb - VİDEO

Gunaz.tv

GünAz TV: Tehranda keçirilən 11-ci Beynəlxalq Turizm Sərgisində “Təbriz 2018” layihəsi ilə əlaqədar Təbriz və Şərqi Azərbaycan Əyaləti üçün 400 kvadrat metrdən çox yer ayrılıb.

 

Beynəlxalq sərgidə qurulan Şərqi Azərbaycan bölümü ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Sərgidə bölgəninin turistlər üçün cazibəli olan tarixi, təbii, mənəvi, səhiyyə, mətbəx, əl işləri və s. kimi imkanları nümayiş etdirilib.

 

Təbriz bölümündə Azərbaycan mədəniyyətini əks etdirən bir sıra proqramlar icra olunub. Azərbaycan rəqsi sərgi ziyarətçiləri tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

https://www.youtube.com/watch?time_continue=11&v=OachpdcNepE

 

İran əyalətlərinin qatıldığı sərgidə 21 xarici ölkənin nümayəndələri iştirak edib.

 

Yanvarın 23-dən başlayan sərgi ayın 26-dək davam edəcək.

 

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Turizm Nazirlərinin Niger Respublikasının paytaxtı Niamey şəhərində keçirilən İslam Konfransının 9-cu sessiyasında Təbriz şəhəri 2018-ci ilin İslam turizm paytaxtı seçilib. Keçirilən sərgisi Təbriz şəhərinin turizm potensialını tanıtdırmaq üçün əlverişli fürsət yaradıb.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar