SON XƏBƏRLƏR

“Traxtur”a yeni cəlb olunmuş xarici oyunçular məşqə qatıldılar

2021.10.20, 07:36
“Traxtur”a yeni cəlb olunmuş xarici oyunçular məşqə qatıldılar

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandasına yeni baş məşqçi və xarici oyunçular cəlb olunduqdan sonra klubda yeni mərhələ başlayıb.

 

Məlumata görə, yanvarın 30-da türkiyəli mütəxəssis, yeni baş məşqçi Ərtoğrul Sağlamın rəhbərliyi altında keçirilən məşqə komandaya yeni cəlb olunmuş iki xarici oyunçu qatılıb. Xorvatiyalı müdafiəçi Qrigiov Sime və bosniyalı hücumçu Süleyman Krpiçə klubla müqavilə imzaladıqdan sonra digər oyunçularla birlikdə məşq ediblər.

 

Artıq “Traxtur”un 17-ci super liqa yarışlarının birinci yarısında yaşadığı problemlərin nisbətən aradan qalxdığı düşünülür, komandanın gələcək oyunlarına böyük ümidlər var.

 

Bu arada “Traxtur”un Asiya Çempionlar Liqasında 3-cü rəqibi məlum olub. Belə ki, liqanın Pley-off mərhəsi yanvarın 30-da 8 oyunun keçirilməsi ilə sona çatıb. Qətərin “Əlğərafə” komandası Özbəkistanın “Paxtakor” takımını məğlubiyyətə uğratdıqdan sonra A qrupunda Azərbaycanın “Traxtur”, Birləşmiş Ərəblər Əmirliklərinin “Əlcəzirə” və Səudiyyə Ərəbistanının “Ələhli” komandalarının rəqibi olub.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar