SON XƏBƏRLƏR

“Zeytun budağı”nın 14-cü günü: 897 terrorçu məhv edilib

2021.10.20, 07:36
“Zeytun budağı”nın 14-cü günü: 897 terrorçu məhv edilib

Gunaz.tv

GünAz TV: Türkiyə Silahlı Qüvvələrinin (TSQ) Baş Qərargahı Suriyanın Afrin bölgəsində həyata keçirilən antiterror əməliyyatları ilə bağlı son hesabatı açıqlayıb.

 

Hesabatda deyilir ki, “Zeytun budağı” əməliyyatının 14-cü günündə terrorçulara məxsus sığınacaq, anbar və atəş nöqtələri vurulub. Aviazərbələr nəticəsində 6 hədəf və 74 terrorçu məhv edilib.

 

Məlumatda qeyd olunub ki, "Zeytun budağı" əməliyyatında indiyədək 897 terrorçu zərərsizləşdirilib.

 

Qeyd edək ki, yanvarın 20-da Türkiyə Silahlı Qüvvələri Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində “Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyatın məqsədi Türkiyənin Suriya sərhədlərində və bölgədə təhlükəsizliyini təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir. Virtualaz.org

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar