SON XƏBƏRLƏR

Qərbi Azərbaycan valisi Urmu gölü və bölgə ilə tanış deyil, o gölün qurtarılmasına laqeyd yanaşır – VİDEO

2021.10.20, 07:36
Qərbi Azərbaycan valisi Urmu gölü və bölgə ilə tanış deyil, o gölün qurtarılmasına laqeyd yanaşır – VİDEO

Gunaz.tv

GünAz TV: Qərbi Azərbaycanın yerli olmayan kürd kökənli valisi ən azı ona görə əyalətin işinə yaramır ki, o bölgə və onun problemləri ilə tanış deyil.

 

Məhəmməd Hüseyn Şəhriyarinin bölgəni tanımaması bir jurnalistin sualına cavablandırarkən məlum olub. O bildirib ki, Urmu gölünü suyla dolu vəziyyətdə yalnız şəkillərdə görüb.

 

Məsələ sadəcə valinin Urmu gölünü əvvəllər görməməsi deyil, o hal-hazırda da bölgəni təhdid edən təhlükənin aradan qaldırılmasına laqeyd münasibət bəsləyir. Məhəmməd Mehdi Şəhriyari ötən günlərdə “Urmu gölünü qurtaraq” kampaniyasına qoşulmaq üçün təklifi rədd edərək Urmu gölünün canlandırılması ilə bağlı kampaniya keçirməyə ehtiyac olmadığını və bunu məsləhət gösmədiyini bildirmişdir. Halbuki, Urmu gölündə vəziyyət günü-gündən gərginləşir, artıq göl təmami ilə quruyub yox olmaq üzrədir.

https://www.youtube.com/watch?time_continue=1&v=MufERIrjO7A

 

Kürd kökənli vali bundan öncə tarixi təhrif edərək Qərbi Azərbaycan Əyalətində qədim dövrlərdən müxtəlif qövmlərin yaşadığını bildirmişdir. O həmçinin təmsil etdiyi əyalətdə “Pjak” və digər kürd terror qruplaşmalarının fəaliyyət göstərmədiyini iddia edərək bölgədə mövcud olan terror problemini ört-basdır etməyə çalışmışdır.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar