SON XƏBƏRLƏR

Təbrizdə oğurlanan 3 yaşlı uşaq tapılıb

2021.10.20, 07:36
Təbrizdə oğurlanan 3 yaşlı uşaq tapılıb

Gunaz.tv

GünAz TV: Təbrizdə oğurlanan Mühəddisə adlı 3 yaşlı uşaq tapılıb.

 

3 gün əvvəl oğurlanan uşaq Təbriz Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən tapılıb.

 

Mühəddisinin artıq ailəsinə qovuşduğu bildirilir.

 

Mühəddisə 3 gün əvvəl Təbrizin İdəli məntəqəsində naməlum şəxslər tərəfindən oğulanmışdır. Uşağın ailəsi baş verən hadisə ilə bağlı Polis İdarəsinə məlumat verdikdən sonra araşdırmaya başlanılıb. Polis ilk öncə uşağın “Peykan” markalı avtomobillə oğurlanıb aparıldığını müəyyən edib və sürücünün izinə düşüb. Sürücü nəhayət saxlanılıb, o dindirildikdən sonra məhkəməyə göndərilib.

Axtarışa davam etdirən polis fevralın 7-də uşağı tapmağa nail olub.

 

Mühəddisə və atası

 

N.S

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar