SON XƏBƏRLƏR

Axund Xatəmi: “Ölkədə ümumxalq referendumun keçirilməsi ilə bağlı arzunuza çatmayacaqsınız”

2021.10.20, 07:36
Axund Xatəmi: “Ölkədə ümumxalq referendumun keçirilməsi ilə bağlı arzunuza çatmayacaqsınız”

Gunaz.tv

GünAzTV: Tehranın cümə namazının dönəm başqanı axund Əhməd Xatəmi, fevralın 13-də jurnalistlərə açıqlamasında İran prezidenti Həsən Ruhaninin ölkədə ixtilaflara səbəb olan bəzi məsələlər barədə ümumxalq referendumun keçirilməsi ilə bağlı təklifinə sərt reaksiya verib.

 

İran prezidenti Həsən Ruhani, islam respublikasının 40-cı ildönümü münasibətilə fevralın 11-də Tehranda keçirilən yürüşdə çıxış edərək hakimiyyət daxilində bəzi rəsmilər arasında müxtəlif mövzularda ixtilafın olmasından danışıb. O deyib ki, mühüm iqtisadi, siyasi, ictimai və mədəni sahələrinə aid mövzularda rəsmilər arasındakı ixtilaflara son qoymaq üçün yaxşısı budur ki, ölkə konstitusiyasının 59-cu bəndini rəhbər tutaraq ölkədə ümumxalq referendum keçirilsin və xalq nəyə səs versə, o da qəbul olunsun. Ruhaninin bu təklifi, son günlər hakimiyyətin radikal qanadına bağlı rəsmilərin kəskin etirazı ilə qarşılanıb.

 

Öz açıqlamasında Ruhaninin ölkədə ümumxalq referendumu keçirilməsi ilə bağlı təklifinə toxunan axund Xatəmi deyib ki, prezidentin bu sözləri yalnız hakim rejimin müxaliflərini sevindirir, onlara ümid verir: “Mən, bəzi rəsmilərin bu sözlərindən sevinən ölkədən qaçmış əksinqilabçılara və onların ölkə daxilindəki islama zidd havadarlarına üzümü tutub deyirəm ki, siz, ölkədə ümumxalq referendumun keçirilməsi ilə bağlı arzunuza çatmayacaqsınız. Hesab edirəm ki, İran prezidenti də səsləndirdiyi bu təklifinə düzəliş etməli, islam respublikası düşmənlərini məyus etməlidir”.

 

Xatırladaq ki, fevralın 11-də, İranın ölkədə və xaricdə yaşayan 15 tanınmış siyasi şəxsiyyəti, birgə bəyanat yayaraq İranda iflasa uğramış islam respublikası rejimini dinc yolla dəyişmək məqsədilə, BMT-nin birbaşa nəzarəti altında ölkədə ümumxalq referendumun keçirilməsini tələb ediblər. Bəyanatı imzalayanlar arasında sülh üzrə Nobel mükafatı laureatı Şirin İbadi, tanınmış vəkil və hüquq müdafiəçisi Nəsrin Sütudə və başqaları da var.

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar