SON XƏBƏRLƏR

Qoşaçayda Beynəlxalq Ana Dili Günü münasibəti ilə bildirişlər paylanılıb

2021.10.20, 07:36
Qoşaçayda Beynəlxalq Ana Dili Günü münasibəti ilə bildirişlər paylanılıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Qoşaçay şəhərində Beynəlxalq Ana Dili Günü münasibəti ilə çox sayda bildiriş vərəqəsi paylanılıb.

 

Vərəqələr azərbaycanlı fəallar tərəfindən şəhərin müxtəlif məntəqələrində yayılıb.

 

Bildirişdə “21 fevral”ın Beynəlxalq Ana Dili Günü kimi tanınmasına işarə edilərək bu günün şovinizm siyasəti nəticəsində İranda qeyd olunmaması pislənilib. Bildirilib ki, “21 fevral” bütün manelərə baxmayaraq azərbaycanlı milli-mədəni fəallar tərəfindən müxtəlif tədbirlərlə qarşılanır.

 

Azərbaycanlı fəallar bir gün 30 milyondan çox türkün fars şovinizmi zindanından qurtaracağına ümid etdiklərini qeyd ediblər.

 

Qoşaçaylı gənc fəallar bildiriş mətninin son hissəsində soydaşlarımızı Beynəlxalq Ana Dili Günü münasibəti ilə təbrik edərək ana dilimizin tədris olunması və konstitusiyaya uyğun olaraq İranda bütün millətlərin bərabərhüquqlu olmasını tələb ediblər.

 

Xəbər verdiyimiz kimi, Beynəlxalq Ana Dili Günü ərəfəsində Ərdəbil şəhərində də minlərlə bildiriş paylanılıb. Oxşar məzmunda yazılan vərəqələr bir neçə gündür şəhərin müxtəlif məntəqələrində əhali arasında paylanılır.

 

 

 

 

 

BMT 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana Dili Günü elan edib.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar