SON XƏBƏRLƏR

“Traxtur” super liqa yarışlarının növbəti həftəsində bu komanda ilə qarşılaşacaq

2021.10.20, 07:36
“Traxtur” super liqa yarışlarının növbəti həftəsində bu komanda ilə qarşılaşacaq

Gunaz.tv

GünAz TV: Təbrizin “Traxtur” futbol komandası növbəti rəqibi ilə qarşılaşmaq üçün Buşehrə səfər edib.

 

İran üzrə futbol klublarının super liqa yarışlarının 24-cü həftəsində “Traxtur” komandası “Pars Cənubi Cəm” klubunun qonağı olacaq.

 

“Traxtur”un səfərdəki oyunu fevralın 24-ü yerli vaxtla saat 15:30-da Buşehrin “Təxti Cəm” stadionunda başlayacaq.

 

“Traxtur”- “Pars Cənubi Cəm” görüşünü GünAz TV ekranıncan canlı olaraq izləyə bilərsiniz.

 

Təbriz təmsilçisi bundan öncə “Pars Cənubi Cəm” komandası ilə ev oyununu 1:1 bərabər hesabla başa vurmuşdur.

 

“Traxtur” bu görüşdə qalıb gələcəyi təqdirdə turnir cədvəlinin birinci hissəsində 8-ci pillədə qərarlaşacaq.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar