SON XƏBƏRLƏR

Azərbaycan Mədəni Universitetində türk və fars dilində yazılmış kitabların sərgisi keçirilib – GÖRÜNTÜ

2021.10.20, 07:36
Azərbaycan Mədəni Universitetində türk və fars dilində yazılmış kitabların sərgisi keçirilib – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Türk öyrəncilərin səyi nəticəsində Təbrizdə Azərbaycan Mədəni Universitetində türk və fars dilində yazılmış kitabların sərgisi keçirilib.

 

Beynəlxalq Ana Dili Günü münasibəti ilə keçirilən sərgi Azərbaycan Mədəni Universitetinin Mədəniyyət və Düşüncə Mərkəzinin təşəbbüsü və Şeir və Ədəbiyyat Mərkəzinin əməkdaşlığı ilə keçirilib.

 

Sərgidə nümayiş etdirilən kitablar Azərbaycan və dünya ədəbiyyat və tarixi, həmçinin uşaq ədəbiyyatı, dilçilik, humanitar elmlər, fəlsəfə və psixoloqiya zəminində olub.

 

 

 

Sərgi Azərbaycan Mədəniyyət Universitetinin sərgilər üçün nəzərdə tutulmuş salonunda keçirilir. Şənbə günü  açılan kitab sərgisi fevralın 28-dək fəaliyyətini davam etdirəcək.

 

Sərgidə nümayiş etdirilən kitablar 15 faiz endirimlə satılır.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar