SON XƏBƏRLƏR

İran, raket proqramı barədə danışıqlar üçün Qərbə şərt qoydu: “Amerika və Avropanın nüvə silahları məhv edilsin”

2021.10.20, 07:36
İran, raket proqramı barədə danışıqlar üçün Qərbə şərt qoydu: “Amerika və Avropanın nüvə silahları məhv edilsin”

Gunaz.tv

GünAzTV: İran Silahlı Qüvvələrnin baş qərargah rəisinin müavini Məsud Cəzayiri, martın 3-də jurnalistlərə açıqlamasında ölkənin raket proqramı barədə danışıqlar aparılması üçün Qərbə şərt qoyub.

 

O deyib ki, Amerika və Avropa rəsmilərinin İranın raket proqramının məhdudlaşdırılması üçün səsləndirdiyi vaxtaşırı bəyanatlar, onların əlçatmaz arzularını əks etdirməkdən başqa bir şey deyil: “İranın raket proqramının gücünün məhdudlaşdırılması üçün səsləndirilən bu kimi bəyanatlar, amerikalıların regional məğlubiyyətlərinin nəticəsidir. Bu, sadəcə olaraq onların əlçatmaz arzularıdır.

 

İranın raket proqramı barədə müzakirələr aparmaq üçün bizim Qərbə bir şərtimiz var: Əvvəlcə Amerika və Avropanın nüvə silahları və onların uzaqmənzilli raketləri məhv edilməlidir”.

 

 A.M

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar