SON XƏBƏRLƏR

İran Ali Məhkəməsi, Tehran Apellyasiya Məhkəməsinin Siyamək Mirzayiyə qarşı çıxardığı qərarı təsdiq edib

2021.10.20, 07:36
İran Ali Məhkəməsi, Tehran Apellyasiya Məhkəməsinin Siyamək Mirzayiyə qarşı çıxardığı qərarı təsdiq edib

Gunaz.tv

GünAzTV: İran Ali Məhkəməsi, Tehran Apellyasiya Məhkəməsinin azərbaycanlı fəal Siyamək Mirzayiyə qarşı çıxardığı qərarı təsdiq edərək onu qüvvədə saxlayıb.

 

Martın 12-də, İran Ali Məhkəməsinin 35-ci şöbəsi, vəkil Məhəmmədrza Fəqihinin Tehran Apellyasiya Məhkəməsi tərəfindən müvəkkilinə qarşı çıxarılan qərara yenidən baxılması tələbi ilə yazdığı məktuba cavab verərək, Tehran Apellyasiya Məhkəməsinin Siyamək Mirzayiyə qarşı çıxardığı  qərarı təsdiq edib. Bununla da, Tehran Apellyasiya Məhkəməsinin azərbaycanlı fəalın 3 il həbsə və 1 il müddətinə Təbəs şəhərinə sürgünə məhkum edilməsi ilə bağlı çıxardığı qərarın icrası qətiləşib.


Siyamək Mirzayi, 2016-cı il, iyulun 14-ü axşam saatlarında Ərdəbilə yaxın Parsabad şəhərində şəxsi ərzaq mağazasında tutulub. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, az sonra  Tehranın Evin zindanına köçürülüb. O, hazırda həmin zindanın 8-ci korpusunda saxlanılır. Tehran məhkəməsi, azərbaycanlı fəalı ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və qanunsuz qurum yaratmaqda günahlandıraraq onu 10 il həbsə və 2 il Təbəs şəhərinə sürgünə məhkum etsə də, sonradan Tehran Apellyasiya Məhkəməsi fəalın işinə yenidən baxaraq cəzasının yüngülləşdirilməsinə dair qərar qəbul edib. Tehran Apellyasi Məhkəməsinin qərarı ilə Siyamək Mirzayi 3 il həbsə və 1 il Təbəs şəhərinə sürgünə məhkum edilib.

 

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar