SON XƏBƏRLƏR

Türkmənistan dəniz sərhədçiləri iranlı balıqçılara odlu silahdan atəş açıb. 2 balıqçı həlak olub, 2-si yaralanıb

2021.10.20, 07:36
Türkmənistan dəniz sərhədçiləri iranlı balıqçılara odlu silahdan atəş açıb. 2 balıqçı həlak olub, 2-si yaralanıb

Gunaz.tv

GünAzTV: Türkmənistan Respublikası dəniz sərhədçilərinin iranlı balıqçılara odlu silahdan atəş açması nəticəsində 2 iranlı balıqçı yerindəcə həlak olub, 2-si yaralanıb.

 

Hadisə, martın 20-si axşam saatlarında baş verib. Balıq tutarkən, Türkmənistan sərhəd sularını bilmədən pozan balıqçılar, bu ölkənin dəniz sərhədçilərinin odlu silahdan açdığı atəşə məruz qalıb.

 

İranın Bəndər-Türkmən şəhərinin fərmandarı İlyas Hivəçi, martın 21-də jurnalistlərə açıqlamasında deyib ki, açılan atəş nəticəsində ölən və yaralanan balıqçılar, İranın Gülüstan (Türkmənsəhra) əyalətinin Bəndər-Türkmən şəhərinin sakinləridir: “Balıqçıların meyitləri və yaralılar, hazırda Türkmənistan tərəfinin əlindədir. Bütün iranlı balıqçılara, iki ölkənin dəniz sərhəd sularına yaxın zonalarda balıq tutmamaq barədə əvvəlcədən dəfələrlə xəbərdarlıq edilmişdi”.

 

                                 Bəndər-Türkmən şəhərinin fərmandarı İlyas Hivəçi

 

İlyas Hivəçi, hadisədə ölən və yaralanan iranlı balıqçıların adlarını açıqlamayıb. Rəsmi Tehranın baş vermiş olayla bağlı mövqeyi barədə hər hansı bir məlumat yayılmayıb.  

 

A.M

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar