SON XƏBƏRLƏR

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasından İrana sərt xəbərdarlıq: “Bunu cavabsız qoymayacaq, əvəzini çıxacağıq” - FOTOLAR

2021.10.20, 07:36
Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasından İrana sərt xəbərdarlıq: “Bunu cavabsız qoymayacaq, əvəzini çıxacağıq” - FOTOLAR

Gunaz.tv

GünAzTV: Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının sözçüsü polkovnik Torki əl Maliki, martın 26-da jurnalistlərlə görüşündə, Yəməndəki şiə husilərin son vaxtlar Ər-Riyada atdığı ballistik raketlərlə bağlı İrana kəskin xəbərdarlıq edib.

 

Husilərin İranda istehsal edilən raketləri Səudiyyə Ərəbistanı ərazisinə atdığını qınayan və həmin raketlərin bəzi hissələrini jurnalistlərə göstərən Torki əl Maliki deyib ki, ölkəsi İranın bu addımını cavabsız qoymayacaq: “Husilərin İrandan aldığı ballistik raketləri ərazilərimizə atması çox təhlükəli bir addımdır. Şübhə yoxdur ki, Səudiyyə Krallığının başçılıq etdiyi ərəb koalisiyası, münasib bir vaxtda və məkanda İranın bu əməlinin cavabını verəcək, bütün bunların əvəzini çıxacaq.

 

Bizim başçılıq etdiyimiz ərəb koalisiyası, son vaxtlar İranın husilərə göndərdiyi “Səyyad” adlı raketləri ələ keçirərək, husilərin bu raketlərdən ölkəmizə qarşı istifadə etməsinə imkan verməyib. Ərəb koalisiyası Yəmənə humanitar yardımlarını bundan sonra da davam etdirəcək və vaxtı gələndə İrana münasib bir cavab verəcək. Bu isə bizim təbii haqqımızdır. Hesab edirəm ki, bu haqdan istifadə etmək, beynəlxalq qanunlara, o cümlədən də BMT bəyannaməsi şərtlərinə uyğun bir haqdır”.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanınn hava hücumundan müdafiə sistemləri, son günlər husilərin Yəməndən Ər-Riyada və Səudiyyə Krallığının digər ərazilərinə atdığı 7 ballistik raketi səmada məhv edib. Sonradan isə husilərin həmin raketləri İrandan aldığı aşkar edilib.

 

 

 

 

                                      İranın istehsal etdiyi "Səyyad" raketi

 

 

A.M

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar