SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Behnam Nurməhəmmədi azadlığa buraxılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Behnam Nurməhəmmədi azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Azərbaycanlı milli-mədəni fəal Behnam Nurməhəmmədi 24 gün saxlandıqdan sonra Tehranın Evin zindanından müvəqqəti olaraq sərbəst buraxılıb.

 

Fəalın 500 milyon riallıq mülki vəsiqə qarşılığında şənbə günü azadlığa buraxıldığı bildirilir.

 

Ötən günlərdə mətbuatda bildirilmişdir ki, “B.Nurməhəmmədi üzərində Seyid Cəfər Pişəvəri və Beynəlxalq Ana Dili Gününün dərc olunduğu türkcə təqvimlərin çap etdirilməsi ilə əlaqədar saxlanılıb.”

 

Azərbaycanlı fəal martın 14-də Tehranda öz iş yerində Ettelaat əməkdaşları tərəfindən yaxalanaraq Evin zindanına aparılmışdır.

 

Tehran sakini olan B.Nurməhəmmədi əslən Şəbistərin Nadarlı kəndindəndir. O Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 

N.S

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar