SON XƏBƏRLƏR

Azərbaycanlı fəal Mehdi Qəməri Binisli azadlığa buraxılıb

2021.10.20, 07:36
Azərbaycanlı fəal Mehdi Qəməri Binisli azadlığa buraxılıb

Gunaz.tv

GünAz TV: Mart ayında Ettelaat əməkdaşları tərəfindən saxlanılan azərbaycanlı milli-mədəni fəal Mehdi Qəməri Binisli müvəqqəti olaraq azadlığa buraxılıb.

 

Tehranda öz iş yerində yaxalanan fəal aprelin 14-də mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Fəalın yaxınlarının dediyinə əsasən, o türk dilində təqvim hazırladığı ilə əlaqədar dosyesinə görə təhlükəsizlik qüvvələri tərəfindən tutularaq Evin Zindanına aparılmışdır.

 

Eyni dosyeyə görə, martın 19 və 22-də tutulan azərbaycanlı fəallar Yasin Ərfəi və Behnam Nurməhəmmədi isə sıralama ilə aprelin 8 və 7-də sərbəst buraxılıb. Fəalların hər biri 50 milyon tümənlik mülki vəsiqə girov qoyduqdan sonra müvəqqəti olaraq azad edilib.

 

İranda mədəni fəaliyyətlə məşğul olan aktivistlər təhlükəsizlik qüvvələri tərəfindən təqib olunur, bu əsasən qeyri-fars millətlərinə mənsub olan fəallara aiddir. Mədəni aktivistləri təzyiqlərə məruz qoymaq insan haqları pozuntusunun bariz nümunəsidir, bununla bağlı BMT və beynəlxalq insan haqları təşkilatları İran rejiminə dəfələrlə xəbərdarlıq edib.

 

N.S

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar